Accessibility links

American Idol müsabiqəsində məğlub olan Kris Doutri Birləşmiş Ştatların ən çox satılan albomunu buraxıb


Bir il əvvəl Kris Doutri Amerikanın ən məşhur televiziya şousu – Amerika pərəstişgahını tərk edəndə heç kim onun tezliklə bu qədər məşhurlaşacağını heç ağlına belə gətirmirdi.

Azərbaycanda Yeni ulduz, Azəristar və digər bu kimi oxşarları olan Amerikan İdol – Amerika pərəstişgahında kimin qalib, kimin məğlub olduğunu tamaşaçı səsləri müəyyənləşdirir. Kris Doutriyə tamaşaçı-seçici rəğbətini qazanmaq nəsib olmamış və o şounu tərk etmişdi.

Amma indi Amerikanın baş tutmamış pərəstişgahı tənqidçilərin sözlərinə görə, ən çox satılan mahnıların ifaçısıdır.

27 yaşlı Kris öz soyadı ilə adlandırdığı Doutri rok qrupuna rəhbərlik edir. "İt's not over" (Bitməyib) qrupun elə Doutri adlanan albomunun ilk sinqlidir.

Şimali Karolina ştatında böyüyüb başa çatan Kris Doutri albomdakı 10-12 mahnının müəllifidir. Doutri qrupunun keçənm Noyabrda buraxılmış eyni adlı albomu 2.5 milyondan artıq nüsxə ilə satılıb. Razılaşın, Amerika Pərəstişgahını uduzan bir müğənni üçün elə də kiçik göstərici deyil. Amerika pərəstişgahının məğlubu olsa da şou-biznesdə ilk qalibiyyətinə imza atan Kris Doutri haqqındakı musiqi proqramı onun ev nisgilli digər populyar mahnısı "Home" ilə başa vururuq. Dinləyin.

XS
SM
MD
LG