İraqın Daxili, Müdafiə və Səhiyyə nazirlikləri bildirirlər ki, iyun ayında İraqda 12 min mülki vətəndaş həlak olub. Bu, may ayı ilə müqayisədə 35 faiz azdır. Azalma Birləşmiş Ştatlar hərbi qüvvələrinin İraq paytaxtı və Əl-Anbar vilayətində zorakılıqların qarşısını almaq məqsədilə bir neçə aydır həyata keçirdikləri hərbi əməliyyat ilə bağlıdır. Bu arada Birləşmiş Ştatlar hərbi qüvvələrinin rəsmiləri bildirirlər ki, şiə ruhanisi Müqtəda Əl-Sədrin istehkamı olan Sədr şəhərinə reyd zamanı 26 yaraqlı öldürülüb. Amerika hərbi qüvvələrinin sözçüsü deyib ki, reyd İran terror şəbəkəsilə bağlı olan yaraqlılara qarşı idi.