Accessibility links

ABŞ turizm sənayesi viza əngəllərindən narazıdır


Amerikanın turizm sənayesi Birləşmiş Ştatlara gələn beynəlxalq ziyarətçilətin sayının kəskin şəkildə azalması ilə bağlı həyəcan təbili çalır. Bu azalmadan narahat olan Amerika biznes konsorsiumunu konqresi viza məhdudiyyətlərini azaltmağa çağırır.

Birləşmiş Ştatlar Ticarət Departamenti məlumat verir ki, 2005-ci ildə əsas ölkələrdən Birləşmiş Ştatlara gələn turistlərin sayı 2000-ci ilə nisbətən 2 milyon nəfər az olub. Bu ölkələr – Britaniya, Yaponiya, Almaniya, Fransa və Braziliya Amerikanın əsas turist mənbəyi idilər, və onların ziyarətçilərinin azalması hiss olunur.

Səyahət İşçiləri Assosiasiyasının məlumatına görə, Birləşmiş Ştatlar təkcə 2005-ci ildə ziyarətçilərin xərclərinin azalmasından 43 milyard dollar itirib.ABŞ biznes koalisiyası ölkəni daha qonaqpərvər olmağa çağıırıb.

"Amerikanı kəşf etmək" Tərəfdaşlığı təşkilatı Konqresi ölkəyə gələn turistlərin sayını artırmaq üçün təklif olunan layihələri təsdiq etməyə çağırır. Bu təkliflərdən biri rüsumsuz viza rejimində olan ölkələrdən gələn ziyarətçilərdən 10 dollarlıq rüsumun alınmasıdır.

Birləşmiş Ştatlar bu 27 ölkədən gələn ziyarətçilərdən 90 gündən az qalmalarına görə viza rüsumu almır. Qrup bildirir ki, hər il bu 10 dollarlıq rüsumdan toplanacaq 200 milyon dollar sərhəd təhlükəsizliyinin artırılmasına, yaxud turizmin təşviqinə yönələ bilər.

Keçmiş daxili təhlükəsizlik naziri Tom Ridc Amerikanı kəşf et tərəfdaşlığı qrupunun məsləhətçisidir: "Bizim dünyaya bağlantımız dünyanın bizimlə əlaqə imkanlarından asılıdır. Əgər biz bu əlaqəni gücləndirsək, təhlükəsizliyə zərbə vurmadan, turizmi təşviq edə bilərik… Əslində əlaqəni kəsmək deyil, təhlükəsizliyi gücləndirmək lazımdır”

Qrup tərəfindən aparılan araşdırmada 2 minə yaxın xarici turistdən ABŞ viza və sərhəd prosedurları haqda nə düşündükləri soruşulub. Respondentlərin üçdə ikisindən çoxu deyib ki, ABŞ dünyanın ən pis ölkəyə buraxılış sisteminə malikdir. Rəyi soruşulanların 66 faizi adi səhvlər ucbatından saatlarla sərhəddə saxlanıla biləcəyindən qorxurmuş.

Ridc deyir ki, turistlər üçün viza alma prosesinin sürətləndirilməsi müsbət addım ola bilər: "Biz dünyaya bütün prosedurlaarın sadəcə 30 gün çəkdiyini deyə bilsək, bu tamamilə fərqli təsəvvür yaradar. Biz müsahibələrin sayını azaltmırıq, sadəcə onları daha tez keçiririk".

Ridc vizasızlardan rüsum alınmasını ədalətli hesab edir. Onun sözlərinə görə, bir çox ölkələr xarici turistlərdən torpaqbasdı alırlar.

XS
SM
MD
LG