ABŞ-ın yüksək rütbəli komandiri general Bell Şimali Koreyanın raket və nüvə texnologiyasının kombinasiyası potensialından narahatlığını bildirib. Bu gün Seulda müxbirlərlə danışıan general deyib ki, Şimali Koreyanın son raket sınağı silahların təkmilliyini nümayiş etdirmiş və onlarla xəbərdarlıq verilmədən Cənubi Koreyanın obyektlərini hədəf almaq mümkündür. O, Şimali Koreyanın raket proqramını regionun sülh və sabitliyinə təhlükə adlandırıb.