Accessibility links

Britaniyada daha iki şübhəli həbs edilib


Britaniya polisi Şotlandiyanın ən böyük şəhəri Qlasgounun hava limanındakı partlayışla əlaqədar daha iki şübhəlini ələ keçirib. Beləliklə, Səlahiyyətli nümayəndələrin bildirdiyinə görə, partlayışla əlaqədar 25 və 28 yaşlı həmin şəxslər dünən gecə həbs ediliblər. Bundan əvvəl də digər beş nəfər nəzarət altına alınmışdı və hal-hazırda başqa şübhəlilərin axtarışı aparılır.

Qeyd edək ki, keçən həftənin cümə günü polis Londonda neft və qazla dolu kanisterlərlə atılmış iki maşın tapıb. Rəsmilər maşınlar partladığı təqdirdə yüzlərlə insanın ölümünə səbəb ola biləcəyini bildirmişdilər. Bundan bir gün sonra isə iki nəfər maşını Glasgo aeroportunun terminalına vurmuş, nəticədə maşın alovlanmışdır. Maşındakı iki nəfər həbs edilmişdir. Həmin şəxslərdən birinin ağır yanıqlarla xəstəxanaya aparıldığı bildidilib. Polis bu şəxslərin Əl Qaidə ilə əlaqəsi olan terror şəbəkələrinə xidmət etdiklərinə inanır.

Polis hadisə ilə bağlı cüzi detallar açıqlayıb. Britaniya televiziyası və qəzetlər həbs edilənlərdən birinin Mərkəzi İngiltərədəki Şimali Ştaffordşeyr xəstəxanasında işlədiyini bildidib. Lakin xəstəxana sözçüsü bu məlumatı təkzib edib.

Ölkədə terror təhlükəsinin səviyyəsi yüksək olaraq qalır. İctimai yerlədə təhlükəsizlik tədbirləri gücləndirilib.

XS
SM
MD
LG