Belarus prezidenti Aleksandr Lukaşenko deyib ki, onuin hökuməti iqtisadi mübahisələri bir kənara qoyaraq, ABŞ və NATO-nun Avropada raket əleyhinə müdafiə qalxanı quraşdırmasına qarşı Rusiya ilə daha yaxından əməkdaşlıq etmək niyyətindədir.
Bu gün Minskdə İstiqlal günü münasibətilə keçirilən mərasimdə etdiyi çıxış zamanı cənab Lukaşenko deyib ki, NATO-nun Şərqə doğru genişlənməsi, eləcə də Polşa və Çex Respublikasında raket əleyhinə müdafiə sisteminin quraşdırılması regiondakı siyasi-hərbi vəziyyəti gərginləşdirə bilər.
Rusiya prezidenti Vladimir Putin raket əleyhinə müdafiə sisteminə etiraz edir. O, Birləşmiş Ştatların planına Azərbaycanda, yaxud cənubi Rusiyadakı radar sistemlərinin birgə istifadəsi də daxil olmaqla alternativlər təklif edib. Vaşinqton həmin planları nəzərdən keçirir.
Cənab Lukaşenko insan hüquqlarını pozma siyasəti yürütdüyü üçün Birləşmiş Ştatlar və bir çox Avropa ölkələrinə getmə hüququndan məhrum edilib.