Haaqadakı beynəlxalq tribunal Bosniyalı müsəlman generalın məhkəmə işini Bosniya-Herseqovinadakı məhkəməyə göndərmək üçün vəsatət verib.
İttihamçılar general Rasim Delicin məhkəmə yerinin dəyişdirilməsi barədə vəsatəti bu gün hakimlərin istintaq müddətini məhdudlaşdırmaq qərarından sonra veriblər.
1990-cı illərdə Balkan müharibəsi zamanı Bosniya müsəlman ordusunun əsas hərbi rəhbərlərindən olan Delic qətl, zorlama və qəddar rəftarda günahlandırılır.