Accessibility links

Terroru təşviq edən üç müsəlmana hökm oxunub


Terroru təşviq etmək üçün interneti istifadə etməkdə günahlandırılan 3 müsəlman 10 ilə qədər həbs cəzasına məhkum ediliblər.

Bu gün London məhkəməsi Mərakeşdə anadan olmuş Yunis Tsuliyə 10 il, Britaniyalı Vasim Muğala 7 il yarım, əslən Birləşmiş Ərəb Əmirliklərindən olan Tariq əl Daura isə 6 il yarım iş kəsib.

Müttəhimlər Britaniyadan kənarda qeyri-müsəlmanların öldürülməsinə təşviq etməkdə günahkar biliniblər. Rəsmilər istintaq zamanı günahlarını boynuna almış müttəhimlərdə maşın bomba və intiharçı kəmərlərinin hazırlanması üçün təlimat kitabçası tapıldığını bildirir.

XS
SM
MD
LG