Accessibility links

İraqda vertolyot elektrik xəttinə toxunaraq qəzaya uğrayıb


İraqda ABŞ hərbçiləri bildirir ki, bir vertolyotun elektrik xətlərinə dəyərək qəzaya uğraması bir əsgərin ölümünə və birinin yaralanmasında səbəb olub. Hərbçilər Bağdadın şimalında Ninəvəh əyalətində çərşənbə günü baş verən qəzaya vertolyotun vurulmasının səbəb olduğuna dair heç bir dəlil olmadığını bidlirirblər.

İraq İslam dövləti yaraqlı qrupu İnternetlə yayılan bəyanatında bildirib ki, vertolyot bu qrupa aid yaraqlılarla döyüş zamanı yüksək gərginlikli xəttə toxunub.

Bu gün Vaşiqnton Post qəzetinin dərc etdiyi hesabatda İraqda təriqətlərarası zorakılıqdan həlak olanların sayının iki aydır ki, artmaqda olduğu və indi Yanvardakından artıq olduğu bildirilir. Qəzet İraqın Səhiyyə Nazirliyinə istinadən yazır ki, iyun ayında küçələrdə tapılmış naməlum cəsədlərin sayı 453-ə yüksəlib.

XS
SM
MD
LG