Accessibility links

Şimali Koreya nüvə reaktorunu bağlamağı nəzərdən keçirir


Şimali Koreya bildirir ki, yanacaq yardımının ilk vaqonunu aldıqdan sonra o, əsas nüvə reaktorunu bağlamağı nəzərdən keçirəcək. Kommunist ölkəsinin xarici işlər naziri bildirib ki, onun hökuməti Yonqbyon müəssisəsini bağlamağı ciddi şəkildə nəzərdən keçirir. Cənubi Koreya gələn Cümə Axşamı kiçik enerji yardımı paketi göndərəcəyini elan edib. Ötən Fevralda altı-tərəfli danışıqlarda Pxenyan əsas nüvə müsəssisəsini siyasi və iqtisadi güzəştlər əvəzində bağlamağa razı olmuşdu.
XS
SM
MD
LG