Accessibility links

Kəşmir vilayətində toqquşma baş verib


Hindistanın Kəşmir vilayətində insan hüquqlarının pozulmasına etiraz olaraq keçirilən nümayiş zamanı bir müsəlman yeniyetmənin öldürülməsindən bir gün sonra, bu gün bir qrup qəzəbli müsəlmanla polis arasında toqquşma olub. Rəsmilər Srinaqarda etirazların qarşısını almaq üçün gücə əl atıblar.

Cümə günü haqların pozulduğu iddiası ilə keçirilən etiraz aksiyası etirazçıların təhlükəsizlik qüvvələrinə daş atmasından sonra zorakılıqla nəticələnib. Polis şəhərin əsas məscidinin yaxınlığında 700-dən artıq nümayişçini dağıtmaq üçün atəş açıb və gözyaşardıcı qazdan istifadə edib. Həkimlər toqquşma zamanı aldığı xəsarətlərdən bir yeniyetmənin həlak olduğunu bildiriblər.

XS
SM
MD
LG