Accessibility links

Prezident radio müraciətini federal büdcənin balanslaşdırılmasına həsr etdi


Prezident Buş həftəlik radio müraciətini federal büdcənin balanslaşdırılması ilə bağlı vəziyyət barədə tezliklə Konqresə ünvanlayacağı hesabata həsr edib. Cənab Buş deyib ki, onun vergi azaldılması siyasəti vergi gəlirlərinin iqtisadiyyatın artımı ilə düz mütənasib şəkildə çoxalmasına gətirib çıxarıb. O, həmçinin bildirib ki, hesabata əsasən 132 000 yeni iş yeri açılıb və işsizlik həddi yüksəlməyib.

Prezident Demokratların nəzarəti altında olan Konqresi federal hökumətin maliyyələşdirilməsi üçün müvafiq qanunları təsdiq etməməkdə günahlandırıb. O deyib ki, bu gedişlə Konqress avqustda tətilə çıxanadək hökumətin fəaliyyəyti üçün lazım olan 12 qanundan heç birini qəbul etməyəcək.

XS
SM
MD
LG