Accessibility links

Rusiya Britaniyadakı rusofobiyadan şikayətlənir


Rusiyanın Böyük Britaniyadakı səfiri britaniyalıların bu ölkəyə gələn Rusiya vətəndaşlarına qarşı pis rəftarından narazılığını bildirmişdir. Bu gün səfir Yuri Fyodorov “Sunday Tayms” qəzetinə deyib ki, Britaniyada “rusofobiya” geniş yayılıb. O, bildirib ki, Londonda qənclər rusiyalı turistləri və səfərdə olan iş adamlarını döyüblər. Cənab Fyodorov deyib ki, bu cür münasibət rusların mütəşəkkil cinayətkarlıqla əlaqəsi olması barədə yayılmış stereotipin nəticəsidir.

Hal hazırda Böyük Britaniyada 400 min rusların yaşadığı təxmin olunur. Varlı ruslar Londonu yaşayış üçün cazibədar yer hesab edirlər.

XS
SM
MD
LG