Accessibility links

İsrail-Fələstin danışıqları davam edir


İsrailin xarici işlər naziri Tzipi Livni dünən Qüdsdə Fələstinin baş naziri Salam Fəyyadla görüşmüşdür. Livninin idarəsindən alınan məlumatda deyilir ki, danışıqlarda diqqət mərkəzində Fələstinin səlahiyyətləri və İordan Çayının Qərb Sahili vətəndaşlarının həyat səviyyəsinin yaxşılaşdırılması olmuşdur. Fələstin rəsmiləri bildirirlər ki, danışıqlar zamanı cənab Fəyyad eləcə də, 250 Fələstin dustağının azad edilməsi ilə əlaqədar məsələyə də toxunmuşdur.

Dünən İsrail qüvvələri tərəfindən İordan Çayının Qərb sahilində İslami Cihadın bir yaraqlısı qətlə yetirmiş, digər dördü isə ələ keçirilmişdir.

XS
SM
MD
LG