Accessibility links

Sergey Lavrov: Təhlükəsizlik Şurası Kosovo və Serbiyanın maraqlarını nəzərə almalıdır


Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, BMT-nin Təhlükəsizlik Şurasının hər bir qətnaməsində Kosovo və Serbiyann maraqları nəzərə alınmalıdır. Sergey lavrov bunu bu gün Qırğızıstanın paytaxtı Bişkekedə, Şanxay Əməkdaşlıq Təşkilatının xarici işlər nazirilərinin görüşündən sonra deyib. Rusiyanın xarici işlər naziri bildirib ki, Kosovonun statusu ilə əlaqədar razılıq tərəflərin birbaşa iştirakı ilə mümkün ola bilər. Cənab Lavrov digər heç bir qətnaməyə Təhlükəsizlik Şurasında baxılmayacağını deyib.

Xarici işlər nazirinin açıqlaması ABŞ Dövlət Departamentinin rəsmisi, dövlət katibinin yardımçısı Daniyel Fridin Rusiyanı Kosovonun müstəqilliyi planı ilə bağlı Təhlükəsizlik Şurası ilə əməkdaşlıq etmək çağırışından sonraya təsadüf edir.

XS
SM
MD
LG