Accessibility links

İraqın xarici işlər naziri xəbərdarlıq verir


İraqın xarici işlər naziri Hoşyar Zebari bu gün ABŞ qüvvələrinin ölkədən çıxarılmasının İraqda vətəndaş müharibəsinə yol aça biləcəyi barədə xəbərdarlıq verib. O, bununla zorakılıqların daha da artacağını deyib. Hoşyar Zebari bildirib ki, xarici qüvvələrin ölkədən çıxarılması İraqda təhlükəsizlik vakuumu yarada bilər. O, İraqın nə hərbi, nə də polis qüvvələrinin ölkəni mühafizə etməyə hazır olduğunu bildirib. Qeyd edək ki, son günlər İraqda yol verilən zorakılıqlar 250 adamın ölümünə səbəb olub.

XS
SM
MD
LG