Accessibility links

Pakistanda islamçıların lideri öldürülüb


Pakistanın Daxili İşlər Nazirliyi bildirir ki, təhlükəsizlik qüvvələrinin Qırmızı məscidə hücumu nəticəsində müqavimətçilərin lideri Əbdül Raşid Qazi öldürülüb. Bundan əvvəl təhlükəsizlik qüvvələrilə yaraqlılar arasında gedən atışmalarda 50 yaraqlı və 8 əsgər öldürülüb. Bu, hökumətlə yaraqlılar arasında danışıqların dayandırılmasından sonraya təsadüf edir. Pakistan Daxili İşlər Naziriliyinin sözçüsü deyib ki, Əbdül Raşid Qazi təhülükəsizlik qüvvələrilə yaraqlılar arasında zirzəmidə baş verən atışmalarda öldürülüb. Məsciddə hələ də yüzlərlə qadın və uşağın qaldığı və yaraqlıların onlardan canlı qalxan kimi istifədə edə biləcəyin narahatlıqlar doğurur. Rəsmilər Mövlanə Əbdül Raşid Qazinin həyat yodaşı və qızı daxil olmaqla, azı 70 qadının xilas və 70 yaraqlının həbs edildiyini bildirib.

XS
SM
MD
LG