Accessibility links

BMT nümayəndəsi Tehranda nüvə proqramını müzakirə edir


Beynəlxalq Atom Enerjisi Agentliyinin ali rəsmisi Tehranda İranın nüvə proqramı ilə bağlı 2 günlük danışıqlar aparır. Agentliyin direktor müavini Olli Heynonen İranın nüvə məsələləri üzrə nümayəndəsi Əli Laricani və başqa rəsmilərlə görüşməyi planlaşdırır. Onlar İranın nüvə proqramının məqsədlərini müzakirə edəcəklər. Lakin İran prezidenti Mahmud Əhmədinejad bu gün deyib ki, onun ölkəsi uran zənginləşdirməsini dayandırmayacaq. İran nüvə proqramının atom bombası istehsalına yönəlmədiyini sübut etmək yönümündə beynəlxalq təzyiqlə üzləşir.
XS
SM
MD
LG