Liviya Ali Məhkəməsi 483 liviyalı uşağı AİDS xəstəliyinə yoluxdurmaqda günahkar bilinən, beşi bolqar tibb işçisi və biri fələstinli həkim olmaqla, 6 xarici vətəndaşın ölüm cəzasını qüvvədə saxlayıb. Məhkəmə ölüm hökmü barədə açıqlamanı bu gün Tripolidə verib və deyib ki, ölüm hökmü Liviyanın Ali Ədliyyə Şurası tərəfindən dəyişə bilər. Məhkumların işi artıq hökumətin nəzarəti altında olan Ədliyyə Şurasına göndərilib və hələ ki, şura öz qərarını verməyib.
Avropa Birliyinin rəsmiləri və Bolqarıstan prezidenti Georgi Parvanov Ali Məhkəmənin qərarının təcili şəkildə həllinə çağırmışlar. Avropa Birliyinin rəsmiləri hələ də həkimin və tibb işçilərinin bağışlanacaqlarına ümid edirlər. Avropa Birliyi Komissiyasının prezidenti Hoze Manuel Barroso Avropa Parlamentində tibb işçilərinin əvf edilməsinə ümid etdiyini deyib.
Dünən Liviya prezidentinin oğlunun rəhbərlik etdiyi gəlirsiz Qəzzafi Fondu isə tibb işçilərinin azad edildiyi barədə razılığın əldə olunduğunu bildirib.
Xatırladaq ki, beş Bolqar tibb işçisi və bir əfqan həkim 483 uşağı HİV xəstəliyinə yoluxdurmaq ittihamı ilə 1999-cu ildən həbsdədirlər.