Accessibility links

Divaniyə şəhərindəki yaraqlılar qətlə yetirilib


Birləşmiş Ştatların İraqdakı hərbçiləri bildirirlər ki, Amerika qoşunlarının hava hücumu nəticəsində ölkənin mərkəzindəki Divaniyə şəhərində yolkənarı bombalar yerləşdirən 5 yaraqlı məhv edilib.

Bundan əvvəl də ABŞ hərbçiləri bildirmişdi ki, İraqdakı koalisiya qüvvələri ölkənin mərkəzində və şimalında 19 terror şübhəlisini həbs ediblər. Bu gün verilən bəyanatda hərbçilər şimaldakı Mosul şəhərində həbs olunan şübhəlilərdən birinin terrorçu şəbəkəsinə rəhbərlik etdiyini, digər ikisinin isə şiə lideri Moqtəda Əl Sədrin Mehdi Ordusu ilə bağlı olduğunu bildiriblər.

XS
SM
MD
LG