Accessibility links

Fransa Serbiyaya təzyiq edir


Fransanın yüksək rütbəli diplomatı Serbiyaya bildirib ki, o, Avropa Birliyinə daxil olmağa ümid edirsə, Kosovo əyalətinə müstəqillik verilməsini ehtiva edən BMT qətnaməsini dəstəkləməlidir.

Bu gün Belqradda xarici işlər naziri Bernard Kuşner bildirib ki, etnik münaqişə və dini mübahisələrin məngənəsində olan ölkənin Avropa Birliyinə daxil olması qeyri mümkündür.

Serbiyanın əsas müttəfiqi Rusiya Belqrad və Priştinanın dəstəyini qazanmayan hər hansı qətnamə layihəsini veto edəcəyini bildirib.

XS
SM
MD
LG