Accessibility links

Şimali Koreya ABŞ-la birbaşa danışıqlar təklif edir


Rəsmi Pxenyan Koreya yarımadasında sülh və təhlükəsizliyi müzakirə etmək üçün ABŞ-la birbaşa hərbi danışıqlara çağırıb. Koreya Mərkəzi Xəbər Agentliyinin bəyanatında BMT nümayəndəsinin danışıqlarda iştirakını təklif edib. Yaponiyada olan ABŞ nüvə nümayəndəsi Kristofer Hill deyir ki, ABŞ sülh və təhlükəsizlik məsələlərini müzakirə etməyə hazırdır, lakin bu yalnəz Şimali Koreya nüvə proqramını ləğv edəndən sonra baş verə bilər. Bəzi təhlilçilər deyirlər ki, birbaşa danışıqlara çağırmaqla Pxenyan nüvə proqramını davam etdirmək üçün bəhanə axtarır.
XS
SM
MD
LG