Türkiyə rəsmilərinin bildirdiyinə görə, iki ayrı-ayrı hücum nəticəsində 2 əsgər həlak olub. Hücumun məsuliyyəti kürd üsyançılarının üzərinə atılır. Bildirildiyinə görə, ilk hücum Kürdüstan İşçi Partiyasının yerləşdiyi Bingöl vilayaətində həyata keçirilib. Əsgərlədən birinin ölümünə Erzincan vilayətində baş verən partlayış səbəb olub. Kürdüstan İşçi Partiyası-PKK ABŞ-ın terrorçu qruplar siyahısında yer alır.