Accessibility links

Əfqanıstanda döyüşlərdə 21 adam qətlə yetirilib


NATO və Əfqan qüvvələrinin Taliban yaraqlılarının axtarışını davam etdirdiyi cənub bölgələrində bu gün də döyüşlər baş verib. Ərazidə son 2 gündə aparılan döyüşlər zamanı qiyamçı olmaqda şübhəli bilinən azı 21 adam qətlə yetirilib.

Müdafiə nazirliyinin rəsmiləri bildirir ki, 15 qiyamçı cümə günü Uruzqan vilayətində əfqan və koalisiya qüvvələrinə etdikləri hücum zamanı qətlə yetirilib. Hərbçilərin, yaxud mülkilərin ölümü barədə məlumat yoxdur. Qəndəhar vilayətində polislə qiyamçılar arasındakı döyüşlərdə isə 6 yaraqlı həlak olub.

XS
SM
MD
LG