Accessibility links

Corc Buş administrasiyanın İraq siyasətini müdafiə edib


Prezident Buş özünün həftəlik radio müraciətini rəhbərlik etdiyi administrasiyanın İraqdakı siyasətinin müdafiəsinə həsr etmişdir. Xatırladaq ki, bu həftə yayımlanmış hesabatda ABŞ-ın İraqda apardığı hərbi və siyasi siyasət birmənalı qiymətləndirilməmişdir.

Cənab Buş İraq hökümətinin səkkiz göstərici üzrə işinin qeyri qənaətbəxş olmağı barədə hesabatda yer alan məlumatı təsdiqləmişdir. Lakin eyni zamanda o, İraq hökümətinin digər səkkiz sahədə nailiyyətlərini qeyd etmişdir.

Prezident deyib ki, onun administrasiyasının strategiyası təhlükəsizlik məsələlərindəki inkişafın siyasi inkişafa qətirib çıxaracağı ideyasına əsaslanır.

Bundan əlavə, cənab Buş ABŞ qüvvələrinin İraqdan çıxarılması barədə artan çağırışlara cavab verərək deyib ki, qoşunların vətənə qaytarılması üçün yeqanə yol cari strateqiyanın müvəffəqiyyətidir.

Lakin sabiq hərbçi və İraq müharibəsinin veteranı Brandon Fridman deyib ki, ABŞ-ın cari hərbi missiyası heç bir siyasi problemi həll etməyəcək.

XS
SM
MD
LG