Accessibility links

Pxenyanın nüvə reaktoru bağlandı


BMT müfəttişləri Şimali Koreyanın nüvə stansiyasının əsas reaktorunun bağlandığını təsdiq ediblər. Beynəxlaq Atom Enerjisi Agentliyinin rəhbəri Məhəmməd Əl-Bəradeyi bu gün Bankokda müxbirlərlə söhbəti zamanı deyib ki, müfəttişlər bir ay müddətində rektoru möhürləməli və Pxenyanın reaktoru bağlı saxladığından əmin olmaq üçün monitorinq keçirməlidir. Qeyd edək ki, Beynəxlaq Atom Enerjisi Agentliyinin müfəttişləri Yanqbyon nüvə reaktorunda bazar günü olublar.

XS
SM
MD
LG