Accessibility links

ABŞ Senatında İraqla bağlı debatlar keçirilir


Bu gün ABŞ Senatında İraqla bağlı debatlar keçirilir. Müzakirələr Ağ Evin iki espublikaçı senatorun İraq müharibəsinə dair yeni təklifini rədd etməsindən sonraya təsadüf edir. Virciniya ştatından Silahlı Qüvvələr Komitəsinin üzvü Con Vorner və İndianadan Xarici Əlaqələr Komitəsinin üzvü Riçard Luqarın təklif etdiyi plan Buş administrasiyasına oktyabrın ortalarınadək İraq siyasətinin yenidən nəzərdən keçirilməsi və Amerika qüvvələrinin İraqdakı hərbi təlimlər, sərhədlərin mühafizəsi və terrorizmlə mübarizə missiyalarını məhdudlaşdıran yeni plan irəli sürülməsini təklif edir. Luqar-Vorner təklifi Senatın ABŞ qüvvələrinin İraqdan çıxarılmasına vaxt qoyulmasını tələb edən demokrat üzvləri tərəfindən də soyuq qarşılanıb.

XS
SM
MD
LG