Accessibility links

Serb generalı müharibə cinayətləri ilə bağlı ittihamları rədd edir


Sabiq Serbiya generalı Vlastimir Dyordeviç Serbiyanın separatçı Kosovo əyalətində etnik Albanları təqib etdiyinə və öldürdüyünə görə üzləşdiyi 5 beynəlxalq ittihamı rədd edib. 1997-ci ildən 2001-ci ilədək Serbiya daxili işlər nazirinin yardımçısı işləmiş Dyordeviç bu gün Haaqada keçirilən beynəlxalq müharibə cinayətləri tribunalında ittihamları inkar edib. Sabiq Yuqoslav prezidenti Slobodan Miloseviçin yaxın müttəfiqi olan 58 yaşlı şübhəli 4 il gizləndikdən sonra İyunda Monteneqroda həbs olunub. Dyordeviç 1999-ci ildə Kosovodan 800 min Albanın deportasiya edilməsində aparıcı yol oynamaqda ittiham olunur.
XS
SM
MD
LG