ABŞ hökuməti terror təhlükələrinə dair yeni hesabat açqılayacağını bildirib. Dolaşan xəbərlərdə Milli Kəşfiyyat təxminlərinə görə Əl Qaidə Pakistanın şimal qərbində, qəbilələr məskunlaşan yerdə mövqelərini möhkəmləndiriblər və bu şəbəkə ABŞ-a qarşı artan təhlükədir.
Ötən həftə Mərkəzi Kəşfiyyat Agentliyinin Təhlil Departamentinin rəisi Con Kringen Konqres komitəsinə bildirib ki, Əl Qaidə Pakistanın ucqar bölgələrində istehkamlanıb. Qrupun təlimatında, pul dövriyyəsində və kommunikasiyasında təkmilləşmə gedib. Bununla belə, ABŞ rəsmiləri yaxın vaxtlarda terror hücümünun baş verəcəyi haqda məlumata malik olmadıqlarını deyirlər.