Accessibility links

ABŞ İranla danışıqların ikinci raunduna hazırdır


Birləşmiş Ştatlar bildirir ki, o İranla İraqın stabilləşdirilməsi ilə bağlı danışıqların ikinci raundunu keçirməyə hazırdır.

Dövlət Departamentinin sözçüsü Şon Makkormak bildirib ki, İraqdakı vəziyyəti və İranın İraqda qeyri-stabilliyə səbəb olan davranışını nəzərə alaraq, daha bir üzbəüz görüşün keçirilməsi məqsədəuyğun olardı.

Birləşmiş Ştatlar İranı İraqdakı şiə yaraqlılara təlim və silah verməkdə günahlandırır. Bu gün İranın xarici işlər naziri Mənuçöhr Mottəki bildirib ki, İraqla bağlı Birləşmiş Ştatlarla danışıqlar yaxın gələcəkdə yer ala bilər.

Lakin hələ danışıqların tarixi müəyyənləşdirilməyib.

İran və Birləşmiş Ştatlar İraqdakı təhlükəsizlik durumunu may ayında iki ölkə arasında son 30 ildə ilk dəfə keçirilən yüksək səviyyəli görüş zamanı müzakirə etmişdilər

XS
SM
MD
LG