Accessibility links

Britaniya rus diplomatlarını ölkədən çıxarıb


Rusiya rəsmiləri Britaniyanın rus diplomatlarını ölkədən çıxarmasına formal cavab verəcəyini elan edib. Rusiya xarici işlər nazirliyi rəsmi cavabı açıqlayacağını bildirib, lakin detallara varmayıb.

Dünən Britaniya 4 rus diplomatını ölkədən çıxararaq, Rusiya hökuməti nümayəndələrinə viza məhdudiyyətləri tətbiq edib. London bu addımı Moskvanın sabiq rus casusunun öldürülməsində şübhəli bilinən şəxsin ekstradisiya olunmamasına cavab olaraq atıb.

Rusiya xarici işlər nazirliyinin sözçüsü Mixail Kamınin bunun ciddi fəsadlara səbəb olacağını deyib. Bu gün erkən Rusiya təbii ehtiyatlar naziri Britnaiynın Rusiyadakı biznes maraqlarının hədəfə alınmayacağını bildirib.

XS
SM
MD
LG