Accessibility links

Rusiya Avropada adi silahlara nəzarət üçün yeni müqavilə təklif edir


Rusiyanın Müdafiə nazirliyi Avropada Adi Silahlara Nəzarət Müqaviləsi əvəzinə ya yeni razılaşma, ya da onun yenidən işlənmiş variantının hazırlanması haqda təklif irəli sürüb.

Müdafiə nazirliyindən general Yevgeni Bujinski Moskvada jurnalistlərə 1992-ci ildə bağlanmış və yeddi il bundan əvvəl yenidən işlənmiş razılaşmanın artıq köhnəldiyini deyib.

O həmçinin NATO-nun müqavilənin canlandırılması üçün daha bir konfrans keçirmək haqda çağırışlarını da rədd edib.

Rusiya prezidenti Vladimir Putin NATO ölkələrini yenidən işlənmiş razılaşmanı qəbul etmədiklərinə görə tənqid edərək, Rusiyanın bu müqavilədə iştirakını dayandırıb.

XS
SM
MD
LG