Accessibility links

Iraq parlamentində normal iş bərpa edilib


İraq parlamentinin sünni partiyası üzvlərindən biri-Mahmud Əl-Məşədaninin parlament spikeri vəzifəsinə bərpa edilməsindən sonra 5 həftəlik boykota son qoyulduğunu bəyan edib. Xatırladaq ki, Mahmud Əl- Məşədani qəribə hərəkətlərinə görə vəzifəsindən kənar edilmişdi. Qrupun boykota son qoyması radikal ruhani Müqtəda Əl-Sədrə sadiq şiə qanunvericilərin parlamentə qayıtmaından bir gün sonraya təsadüf edir. Onlar müsəlmanların məbədlərinin daha yaxşı mühafizə edilməsini tələb edirdi. Bu iki boykot İraq parlamentini iflic vəziyyətinə salmışdı. Bu arada ABŞ-ın İraqdakı hərbi qüvvələrinin bildiriblər ki, Bağdadın şərq bölgəsində yol kənarına yerləşdirilmiş bomba partlayışı 4 Amerika əsgəri və bir iraqlı tərcüməçinin ölümünə səbəb olub.

XS
SM
MD
LG