Accessibility links

ABŞ-a idxal edilən malların təhlükəsizliyi araşdırılacaq


ABŞ prezidenti Corc Buş Amerikaya idxal edilən ərzaq və digər məhsulların təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə kabinet səviyyəsində panel təşkil edib. Belə bir panel prezidentin idxal təhlükəsizliyi üzrə işçi qrupu ilə ilk görüşündən sonra təsis edilir. Qrup 60 gün ərzində keçirəcəyi xüsusi yoxlanışlardan sonra prezidentə hesabat verməlidir. Ağ Ev bu səylərin Çin əleyhinə yönəldiyini inkar edir. Xatırladaq ki, Çin mallarına dair qalmaqal ABŞ-ın Ərzaq və Dərman Administrasiyasının keçən ay Çindən idxal edilən bəzi balıq növləri və dəniz məhsullarına qadağa qoyulacağını elan etməsi ilə başlamışdı. Prezident Buşun yeni panelin təşkilini elan etməsi, Çinin Amerika və Çin nümayəndələrinin cari ayın axırında Çinin dəniz məhsulları ixracı ilə bağlı müzakirələr keçirəcəyini bəyan etməsi ilə eyni vaxta təsadüf edir.

XS
SM
MD
LG