Accessibility links

Pakistan baş hakimi vəzifəsinin icrasına başlayıb


Pakistanın baş hakimi Ali Məhkəmə tərəfindən vəzifəsinə bərpa edildikdən sonra bu gün işə qayıdıb. O, 4 ay bundan öncə prezident Pərviz Müşərrəf tərəfindən vəzifəsindən azad edilmişdi. Baş hakim İftixar Məhəmməd Çodri General Müşərrəfin Mart ayındakı qərarı ləğv edildikdən sonra birinci iş gününə başlayıb. Prezident idarəsi açıqladığı bəyanatda bildirib ki, General Müşərrəf məhkəmənin qərarına hörmətlə yanaşacaq. Məhkəmə həmçinin 10-3 nisbətində səsvermə ilə Çodriyə qarşı irəli sürülən səlahiyyətləri aşma və səriştəsizlik ittihamlarını rədd edib. Birləmiş Ştatlar ali məhkəmənin qərarını alqışlayıb. Dövlət Departamentinin sözçüçü bildirib ki, ali məhkəmin qərarı Pakistanda siyasi təsisatların güclü olduğunu göstərir.
XS
SM
MD
LG