Yaponiyada yerli hökumət rəsmisi deyir ki, BMT müfəttişləri ötən həftə baş vermiş zəlzələdə dağıntıya məruz qalmış atom elektrik stansiyasını nəzərdən keçirmək üçün ölkəyə dəvət olunmalıdırlar. Niiqata prefektinin qubernatoru Hirohiko İzumida baş nazir Şinzo Abedən və başqa ali rəsmilərdən xahiş edib ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin zədələnmiş stansiyaya baxmasına icazə versinlər. Ötən bazar ertəsi 6.8 bal gücündə zəlzələ zavodda sızmalara və nasazlıqlara yol açıb. Lakin rəsmilər insanların sağlamlığına və ətraf mühitə təhlükə olmadığını deyirlər. İzumida deyir ki, qəza ictimaiyyət arasında narahatlığı artırıb və beynəlxalq müfəttişlərin gəlişi ziyanverici şaiyələrə son qoya bilər.