Əfqanıstan və beynəlxalq hərbi qüvvələr taliban tərəfdarı qüvvələrin bir neçə saat ərzində öldürəcəklərilə hədələdiyi 23 Cənubi Koreyalı girovun azad edilməsinə cəhd göstərib. Hərbi qüvvələrin rəsmiləri bildiriblər ki, xilasetmə əməliyyatı paytaxt Kabildən cənub ərazidə keçirilib. Əməliyyat cənubi koreyanın nümayəndə heyətinin girovların azad edilməsi məqsədilə danışıqlar aparmaq üçün Əfqanıstana gəilinşindən bir neçə saat sonra başlayıb. Taliban tərəfdarı yaraqlılar bu gün yerli vaxtla axşam saat 7-yə qədər möhlət qoyublar. Onlar taliban üzvlərinin Əfganıstan həbsxanalarından azad edilməsini və Cənubi Koreyanın öz qüvvələərini Əfqanıstandan çıxarmasını tələb edir. Cənubi Koreya 200 nəfərdən ibarət əsgəri qüvvəsini Əfqanıstandan planlaşdırıldığı kimi, ilin sonu çıxaracağını bildirib.