Accessibility links

Pakistan ABŞ-ın onun ərazisində hərbi əməliyyat keçirməsinə qarşıdır


Pakistan bildirib ki, ABŞ-ın Pakistan torpağında hərbi hədəflərə qarşı hər hansı aksiyası qəbul edilməzdir. Xarici işlər nazirliyinin sözçüsü Tasnim Aslam deyib ki, belə bir aksiya məsuliyyətsizlik kimi qiymətlənidiriləcək və təhlükəli olacaq. Aslamın bildiriyinə görə, hər hansı bir ölkə kimi Pakistan da terrorçuların onun ərazisində sığınacaq tapa bilməsindən narahatlıq keçirir. Lakin əlavə edib ki, Pakistan ekstremitlərə qarşı aksiyalar keçirməyə özü qadirdir.

Bazar günü prezident Buşun milli təhlükəsizlik məsələləri üzrə müşaviri Frensis Tounsend demişdi ki, Birləşmiş Ştatlar terrorçuların Pakistandakı hədəflərinə qarşı hərbi əməliyyatı istisna etmir.

ABŞ-ın kəfşiyyat orqanlarının keçən həftə açıqladığı hesabatda deyilir ki, Əl-Qaidə terrorçuları Pakistanın Əfqanıstanla həmsərhəd, qəbilələrin yaşadığı ərazilərində sığınacaq tapıb.

Birləşmiş Ştatların Pakistanda hərbi əməliyyət keçirmək planları barədə suala cavab verən Frensis Tounsend deyib ki, Usama bin Laden və Əl-Qaidə terror şəbəkələri ilə mübarizədə bütün imkanlardan istifadə olunacaq. Pakistanın xarici işlər naziri Xurşid Kasuri isə deyib ki, Birləşmiş Ştatlar münaqişəni həll etmək üçün Pakistan ordusuna imkan yaratmalıdır.

XS
SM
MD
LG