Bir qrup gənc bu gün Moskvada Britaniya səfirliyi qarşısında aksiya keçirərək deyilənə görə Qərbdə anti-Rusiya sentimentlərinin artmasına etiraz edib. Aksiya iştirakçıları Kremlpərəst gənclər təşkilatı ilə əlaqəlidir. İnterfaks xəbər agentliyi bildirir ki, 30-a yaxın gənc bayraqlar yelləmiş və səfirlik qarşısında şüarlar səsləndirmişlər. Onların bu askiyası sabiq Rus casusu Aleksandr Livinenkonun zəhərlənməsi ilə bağlı cərəyan edən qarşıdurmanın ardınca baş verir. Piketçilər Britaniyanı Londonda yaşayan milyarder Boris Berezovzkini həbs etməyə səsləyiblər.