Birləşmiş Ştatlar İranda yerləşən fonda qarşı İslamçı terror təşkilatlarına himayədarlıq etdiyinə görə maliyyə sanksiyaları tətbiq edib. ABŞ Xəzinə Departamenti Şəhidlər Fondunu Livanın militant Hezbullah qrupu ilə iş birliyində günahlandırır. Amerika rəsmilərinin dediyinə görə Şəhidlər Fondu Hezbulla, Hamas və İslam Cihadı kimi qruplara maliyyə yardımı göstərib. Departament fondun ABŞ-dakı bütün bank hesablarını donduraraq Amerikalılara bu fondla əməkdaşlığı qadağan edib. Bu əməliyyat fondun Amerikadakı filialına da şamil olunur.