Accessibility links

İraqda 27 futbol fanatı terror aktlarının qurbanı olub


Bağdadda maşına qoyulmuş bomba partlayışları İraq futbol komandasının Asiya kuboku uğrunda çempionatda qələbəsini bayram edən 27 nəfərin ölümünə səbəb olub.

Polis və xəstəxana mənbələri bu gün Mənsur və Qədir rayonlarında iki müxtəlif hücum zamanı 100-dən artıq adamın yaralandığını bildiriblər.

Bu gün İraq futbolçularının Cənubi Koreya üzərində qələbəsini bayram edən minlərlə adam küçələrə axışıb.

Bu arada İraq parlamentindəki ən böyük sünni bloku özünün hökumətdəki iştirakını dayandıraraq, tamamilə istefaya getməklə hədələyir.

Uzlaşma cəbhəsi bu gün baş nazir Nuri əl Malikiyə şiə yaraqlıları ilə bağlı probelmi çözmək, reyd və həbslərin keçirilməsi prosedurunda islahatlar aparmaq tələbini yerinə yetirmək üçün bir həftə vaxt verib.

Blok kabinetin iclaslarını sünni mədəniyyət naziri Əsəd Kamal əl Haşimiyə qarşı cinayət işi açılandan sonra boykot edir. Əl Haşimi digər siyasətçinin qətlində günahlandırılır.

XS
SM
MD
LG