Accessibility links

Yaxın Şərq sülh prosesinin canlandırılması səyləri davam etdirilir


Misir və İordaniyanın xarici işlər nazirlərinin İsrailə səfəri tarixi hadisələrdəndir. Səfərin məqsədi ərəb ölkələrinin regiona dair sülh planının təqdimatı olub. nazirləri Israilin xarici işlər naziri Tzipi Livni və sabiq baş nazir Benyamin Netanyahu qəbul edib. İsrail prezidenti Şimon Peres bu səfəri birgə və səmərəli fəaliyyət üçün yaxşı imkan adlandırıb. Ərəb Liqasının bu planı 1967-ci ildə işğal etdiyi ərazilərin qaytarılması müqabilində İsrailin tanınmasını təklif edir. İsrail bu planı 2002-ci ildə Səudiyyə Ərəbistanının təklifindən sonra rədd etmişdi. Lakin Ərəb Liqasının İranın nüvə silahları ilə bağlı narahatlıqlara qoşulması və planın mart ayında təsdiq edilməsindən sonra İsrail sərt mövqeyindən əl çəkməyə başlayıb.

XS
SM
MD
LG