Accessibility links

Buşehr planlaşdırıldığından bir il gec işə düşəcək


Rusiyanın RİA-Novosti dövlət xəbər agentliyi bildirib ki, İran üçün inşa edilən nüvə elektrik stansiyası 2008-ci ilin sentyabr ayına qədər fəaliyyət göstərməyə qadir olmayacaq. Agentliyin verdiyi məlumata görə, Buşehr nüvə elektirk stansiyası İranla maliyyə mübahisəsinə görə, əvvəlcə planlşdırıldığından bir il gec işə düşəcək. İran stansiyanın bu ilin sentyabr ayında işə düşəcəyini bəyan edib. Rusiyanın Dövlət Atomstroyeksport şirkətinin sözçüsü deyib ki, İranın ödənişləri vaxtında verməməsi layihəyə etibarı azaldıb.
XS
SM
MD
LG