Accessibility links

Şimali və Cənubi Koreya sərhəd məsələsində razılığa gələ bilməyib


Şimali və Cənubi Koreyanın yüksək səviyyəli hərbi rəsmiləri arasında danışıqlar qərbdə dəniz sərhəddilə bağlı mübahisələrə görə dayandırılıb. Sərhəddə yerləşən Panmunyom kəndində üç gün sürən danışıqların yekun iclasında Şimali Koreyalı general-leytenanat Kim Yonq Çol deyib ki, onun ölkəsinin bu səmərəsəz danışıqlara bundan sonra ehtiyacı yoxdur. O, Cənubi Koreyanın özünün dediyi kimi “qeyri-qanuni” dəniz sərhəddi adlandırdığı məsələnin müzakirəsindən qaçdığına görə tənqid edib. Şimalda limit xətti 1950-53-cü illərin Koreya müharibəsindən sonra yaradılıb. Şimali Koreya bu sərhəddi tanımaqdan imtina edir. Cənubi Koreya isə Pxenyanın sərhəddin dəyişdirilməsi təklifini rədd edir.
XS
SM
MD
LG