Accessibility links

ABŞ və Hindistan nüvə əməkdaşlığı müqaviləsi bağlayıblar


Birləşmiş Ştatlar və Hindistan çoxdan bəri gözlənilən nüvə əməkdaşlığı müqaviləsini bağladıqlarını bildiriblər.

Mübahisəli anlaşmanın detalları açıqlanmır. Lakin nüvə mübadiləsi başlamazdan əvvəl sənədin beynəlxalq təşkilatlar, ABŞ konqresi və digər instansiyalardan keçməsi lazımdır.

Vaşinqton və Nyu Deli anlaşma üzərində 2 il bundan əvvəl işləməyə başlayıblar.

Anlaşma Hindistanın ABŞ-dan nüvə enerjisi və avadanlığı almasına imkan yaradır. Əvəzində Hindistan öz mülki nüvə obyektlərini beynəlxalq müfəttişlər üçün açıq elan etməlidir.

XS
SM
MD
LG