ABŞ-ın İraqdakı hərbi qüvvələrinin bildirdiyinə görə, Kərbəla şəhərində Amerika və İraq qüvvvələri ilə döyüşlər zamanı 17 şiə yaraqlısı öldürülüb. Ordunun bəyantında döyüşlərin bu gün Amerika və İraq qüvvələrinin radikal şiə ruhani Müqtəda Əl-Sədrə sadiq Mehdi Ordusunun liderlərindən birini həbs etməsindən sonra başladığı bildirilir. Mehdi Ordusunun daha bir liderinin dünən Bağdadın Bayaa məhəlləsində ələ keçirildiyi xəbər verilir. Sənəddə deyilir ki, yaraqlılardan 5-i döyüşlər zamanı, 12-i isə hava hücumları nəticəsində öldürülüb.