Accessibility links

Cənubi Koreyalı girovların taleyi bəlli deyil


Danışıqlar üçün müəyyən edilmiş vaxtın başa çatmasına baxmayaraq, Taliban yaraqlıları tərəfindən girov götürülmüş 22 Cənubi Koreyalının müqəddaratı barədə hələlik heç bir məlumat yoxdur. Bundan əvvəl talibançıların nümayəndəsi xəbərdar edirdi ki, girovdarların tələblərinə əməl edilməsə girov götürülənlərin hamısı öldürüləcək. Bu qün Cənubi Koreya prezidentinin təhlükəsizlik məsələləri üzrə yüksək rütbəli nümayəndəsi Bek Cong-çum Kabilə gedərək, Əfgan prezidenti Həmid Karzay ilə 22 nəfər girovun azad edilməsi üzrə işə başlayıb. Yaranmış vəziyyət ilə əlaqədar Cənubi Koreya prezidenti Ro Mu-Hun öz yay tətilini təxirə salmışdır. Xatırladaq ki, 22 nəfər cənubi koreyalı bir həftə bundan əvvəl oğurlanıb və onlarla birləkdə oğurlanmış 42 yaşlı xristian keşiş dünən öldürülüb. Talibançıların nümayəndəsi bəyan edib ki, diqər girovlar da öldürüləcək. Müxbirlərlə aparılmış telefon söhbəti zamanı, girovlardan biri-Lim Hun Jo deyib ki, girovdarların iki tələbi var. O, talibançıların Cənubi Koreyadan pul və Əfganıstan həbsxanasında saxlanılan yoldaşlarının azadlığa buraxılmasını tələb etdiklərini deyib. Girov qötürülmüş Cənubi Koreya vətəndaşları o ölkəyə Cənubi Koreya hökümətinin qadağasına baxmayaraq səfər etmişdi.

XS
SM
MD
LG