Accessibility links

Mixail Gorbaçov Buş administrasiyasını tənqid edib


Sovet Ittifaqının sabiq prezidenti Mixail Qorbaçov Buş administrasiyasının imperatorluq iddiasının qlobal hərc-mərcliyə səbəb olduğunu deyir. Bu gün Moskvada müxbirlərlə görüşən Qorbaçov Vaşinqtonun İkinci Dünya Müharibəsindən sonra dünya məsələlərində dominantlığının birtərəfli addımlar və müharibələrə yol açdığını bildirib. Keçmiş Sovet lideri prezident Buşu böyük strateji səhvlərə görə günahlandırıb. Mixail Qorbaçov prezident Vladimir Putinin bir sıra siyasətini dəstəklədiyini desə də, Putin liderliyinin bəzi demokratik islahatlara mane olduğunu bildirib.

XS
SM
MD
LG