Accessibility links

Fransanın sabiq baş naziri böhtan qəsdində şübhəli bilinir


Fransız rəsmiləri deyir ki, sabiq baş nazir Dominik de Veypen prezident olmazdan əvvəl Nikola Sarkozını gözdən salmaq məqsədilə qəsd planı hazırladığına görə onun üzərində rəsmi təhqiqat başlanıb. Cənab Veypen bu gün iki müstəntiq tərəfindən dindirildikdən sonra ədliyyə rəsmiləri bu addımı atıblar. Rəsmi təhqiqat mümkün cinayət məsuliyyətinə cəlb edilməyin ilkin mərhələsidir. Rəsmilər deyirlər ki, baş nazir saxta ittihamlar irəli sürməkdə şübhəli bilinir. Təhqiqat Kliyerstrim qalmaqalından doğur ki, burada bəzi Fransız siyasətçilər xaricə qeyri-qanuni silah satışından qazanmaqda ittiham olunmuşdular. Kəşfiyyat zabitinin kompüterində tapılmış sənədə görə cənab Veypen 2004-cü ildə Sarkozını ittiham etmək üçün ölkənin kəşfiyyat xidmətindən istifadə etməyə çalışıb.
XS
SM
MD
LG