Accessibility links

Buş administrasiyası Yaxın Şərq ölkələrinə silah satmaq istəyir


ABŞ rəsmiləri bildirir ki, Buş administrasiyası qismən İranın regiondakı nüfuzuna qarşı çıxmaq üçün Səudiyyə Ərəbistanı və digər Fars körfəzi ölkələrinə böyük həcmdə silah satışı paketini təsdiqləməsi üçün Konqresə müraciət edəcək.

Administrasiya rəsmiləri bildirir ki, azı 20 milyard dollar dəyəri olan paketə son silah texnologiyaları, o cümlədən peyklərdən idarə olunan bombalar daxildir. Administrasiya həmçinin 10 il müddətinə İsrailə 30 milyard dollar, Misirə isə 13 milyard dollarlıq yardım göstərməyi təklif edir.

ABŞ rəsmiləri deyir ki, Vaşinqton nüvə silahı yaratmaqda günahlandırdığı İrana qarşı bufer yaratmaq üçün Yaxın Şərqdəki müttəfiqləri ilə əlaqələri möhkəmlətməyə çalışır.

Səudiyə Ərəbistanına silah satışı təklifi İsrailin kəskin etirazına səbəb olub. Buş administrasiyasının krallığın İraq hökumətinə dəstəyini azaldacağından narahat olduğu bildirilir.

XS
SM
MD
LG